Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Ermənistana qarşı qətnamə qərarı artıq razılaşdırılıb"

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAzərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri - Sputnik Azərbaycan
Abunə olmaq
İslam Əməkdaşlıq Təşkilatının bugünkü toplantısında Dağlıq Qarabağla bağlı mühüm qərarı verilə bilər. Ekspertlər təşkilatın yığıncağında Ermənistana qarşı sanksiyaların qəbul ediləcəyini isə istisna etmirlər.

BAKI, 14 apr — Sputnik. "İslam Əməkdaşlıq Təşkilatının bu günkü toplantısı da əvvəlki yığıncaqlar kimi olacaq. Düşünmürəm ki, rəsmi İrəvana qarşı hansısa ciddi fikirlər səslənsin. Həmişə deyilən sözlər bu sammitdə də təkrar olunacaq".

İslam Əməkdaşlıq Təşkilatı - Sputnik Azərbaycan
İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı başladı

Bunu Sputnik-ə açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, sammitdə Ermənistana qarşı sərt bəyanat səsləndiriləcəyinə inanmır: "Tərəflər sülhə çağırılacaq. Sadəcə olaraq BMT qətnamələri yenidən xatırladılacaq və Ermənistandan öz qoşunlarını Qarabağdan çəkməsi istəniləcək. Bu qədər".

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı isə belə düşünmür. Siyasi xadim son illər Qarabağla bağlı İƏT-in ayrıca qətnamələr qəbul etdiyini xatırladıb.

"İslam Əməkdaşlıq Təşkilatının demək olar, bütün yığıncaqlarında Ermənistan əleyhinə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə qarşı çox geniş əhatəli bəyanatlar qəbul olunur.
Uzun illər mən özüm də İslam Əməkdaşlıq Təşkilatı parlament ittifaqının üzvü olmuşam. İlk illər onlar Qarabağ barəsində heç bir cümlə də sənədlərə daxil etmirdi. Daha sonra bizim təkidimizlə Dəməşq, Qahirə, İstanbul və s. yerlərdə keçirilən görüşlərdə Ermənistan əleyhinə qərarlar qəbul olundu və Qarabağ məsələsi ildən-ilə sənədlərdə öz əksini tapdı", —deyə S. Rüstəmxanlı Sputnik-ə açıqlamasında bildirib.

Son illər hər zaman Qarabağla bağlı ayrıca qətnamə qəbul olunduğunu deyən VHP sədri, bu il də belə olacağı qənaətindədir.

Azad Demokratlar Partiyasının (AZDP) rəhbəri Sülhəddin Əkbər də mövzu ilə bağlı Sputnik-ə dəyərləndirmələrini edib. Politoloq, İƏT-in İstanbul sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupunun yaradılma ehtimalından danışıb: "İslam Əməkdaşlıq Təşkilatının bugünkü yığıncağında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olacaq. Bununla bağlı kontakt qrupunun yaradılması nəzərdə tutulub. Əgər bu, gerçəkləşərsə, siyasi-diplomatik baxımından yüksək qiymətləndirmək olar".

Визит Ильхама Алиева и Мехрибан Алиевой в Турцию. Архивное фото - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan Prezidenti Türkiyəyə getdi

"Bilirsinizz, bu təşkilat İslam aləminin ən böyük və ən geniş təşkilatıdır. 56 dövlət bu qurumda təmsil olunur. Və bu ölkələrin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarsa və problemin həlli üçün kontakt qrupu yaradılarsa, bunu müsbət hesab etmək lazımdır. Həmçinin bunu dünyaya bir mesaj kimi də dəyərləndirmək mümkündür", —deyə S. Əkbər bildirib. 

"Əgər verilən məlumatlar doğrudursa, xarici işlər nazirlərinin toplantısında prinsipial olaraq Ermənistana qarşı qətnamə qərarı artıq razılaşdırılıb", —siyasi xadim əlav edib.

S. Əkbər rəsmi İrəvana qarşı iqtisadi sanksiyaların olacağını isə düşünmür: "İslam Əməkdaşlıq Təşkilatının sanksiya tətbiq etmək praktikası haqqında məlumat yoxdur. İndiyə kimi də olmayıb".

Xəbər lenti
0