BAKI, 14 apr — Sputnik. 1919-cu il aprelin 14-də Nəsib bəy Usubbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib.
Öncəki hökumətlərdən daha geniş tərkibdə olan yeni kabinetdə «Müsavat»la yanaşı, «Əhrar», sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir («Daşnaksütyun») də yer almışdı. Xalq Cümhuriyyətinin 4-cü hökumət əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü — 1919-cu ilin dekabrınadək oldu.
IV kabinə: 14.03.1919-26.12.1919
Nazirlər Şurasının sədri və daxili işlər naziri – N.Yusifbəyli (bitərəf)
Maliyyə naziri – Ə.Həsənov (bitərəf)
Ticarət və sənaye naziri – A.Əminov (bitərəf)
Xarici işlər naziri – M.Y.Cəfərov (müsavat)
Yollar naziri – X.Məlikaslanov (bitərəf)
Poçt-teleqraf naziri – C.Hacınski (sosialist)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Sosial-təminat naziri – V.Klenevski (Slavyan-Rus cəmiyyəti)
Səhiyyə naziri – Abram Dastakov (daşnaksütun)
Maarif və dini etiqad naziri – R.Kaplanov (əhrar)
Əkinçilik naziri – A.QardaĢov (əhrar)
Portfelsiz nazir – X.Amaspür (daşnaksütun)
Dövlət müfəttişi – N.Nərimanbəyli (müsavat)
Ədliyyə və əmək naziri – A.Səfikürdski (sosialist)
Sonralar daxili işlər naziri – X.Xasməmmədov (müsavat)