Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda unikal məktəb

Abunə olmaq
Saatlı şəhərindəki 4 saylı tam orta məktəb "beynəlmiləl məktəb" kimi tanınır. Təhsil ocağı Qarabağ müharibəsində şəhid olmuş məzununun — Valeri Əsgərovun adını daşıyır. Burada azərbaycanlılarla yanaşı, rus, Ahıska türkü, ləzgi, avar millətindən olan müəllim və şagirdlər də var.

Respublika gününə hazırıqla əlaqədar hazırda məktəbin idman zalında qızğın məşqlər gedir. Uşaqların ifalarını biz də izlədik. Gülnar Aslanova və Xalidə Əkbərova hind, Ruhanə və Gülşən Kazımova bacıları ispan, Abuzər Abuzərov, Həmidxan Əzizov və Əlihüseyn Əsədli ləzgi, Növrəstə Abuzərova, Nərgiz Əhmədova və Kamilla Teymurova isə özbək rəqslərini ifa etdilər.

Rus bölməsinin 6-cı sinfində oxuyan Antonina Lobova Səməd Vurğunun "Azərbaycan" şeirini əzbər söylədi: "El bilir ki, sən mənimsən…"

 

Xəbər lenti
0