Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Son hadisələrdə bütün cəmiyyət eyni mövqedən çıxış etdi"

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Azərbaycan Prezidenti atəşkəsi bərpa etməklə dünyaya sübut etdi ki, Azərbaycan sülhsevər bir ölkədir və biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik"

BAKI, 13 apr — Sputnik. "Cəbhə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Əgər dondurulmuş münaqişə həll olunmursa, bu, hər zaman təhlükə deməkdir".

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə. Arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Cəbhədə hərbi əməliyyatlar dayandırıldı

Sputnik xəbər verir ki, bu sözləri, Qafqaz Müsəlmanları İdarəsinin şəhidlərimizin xatirəsinə hərs olunan tədbirində, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. "Azərbaycan həm ruh yüksəkliyi, həm döyüş təchizatı ilə Cənubi Qafqazda ən qüdrətli orduya malikdir və hər zaman torpaqlarını işğaldan azad etməyə qadirdir", —deyə millət vəkili əlavə edib.

S. Novruzovun sözlərinə görə, beynəlxalq təşkilatlar bunu başa düşməlidir ki, əgər münaqişə sülh yolu ilə həll olunmursa, Azərbaycan alternativ yolla öz torpaqlarını işğaldan azad etməyə hazırdır: "Son hadisələr göstərdi ki, yeni nəsil işğal olunmuş torpaqlarımızı azad etməyə daha çox can atır, könüllü olaraq döyüşə getməyə hazır olduqlarını bildirirlər".

"Bir çox böyük dövlətlər Azərbaycanın haqqlı olduğunu etiraf etdi və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Azərbaycanda həm dövlət strukturları, həm ictimai təşkilatlar, həm də cəmiyyət bu hadisələr zamanı vahid mövqedən çıxış etdi və bu da düşmənimizi qorxuya saldı", —deyə deputat vurğulayıb.

Əlavə edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında uzun illər aparılan iş öz bəhrəsini verəcək: "Azərbaycan Prezidenti atəşkəsi bərpa etməklə dünyaya sübut etdi ki, Azərbaycan sülhsevər bir ölkədir və biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Lakin beynəlxalq təşkilatlar bunu başa düşməli və münaqişəni həll etməlidir. Əks halda Azərbaycanın rəşadətli ordusu öz bayrağını İrəvanın ortasından asacaq və beynəlxalq təşkilatlar hər şeyin gec olduğunu başa düşəcəklər".

Xəbər lenti
0