Bank VTB həlak olmuş ermənilərin kredit borclarını ləğv etməyib

© Sputnik / Aleksandr Utkin / Mediabanka keçidVTB (Vneshtorgbank) head office
VTB (Vneshtorgbank) head office - Sputnik Azərbaycan
Abunə olmaq
Bank VTB-dən təkzib: Belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır.

BAKI, 12 aprel-Sputnik. "Bank VTB (Ermənistan)" QSC bu ayın əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini sıfırlamağı planlaşdırmır.

Sputnik Report-a istinadla xəbər verir ki, bu barədə "VTB Qrup"dan bildirilib.

Məlumata görə, belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır.

Qeyd edək ki, Ermənistan mətbuatı "Bank VTB (Ermənistan)" QSC qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməsi ilə bağlı məlumat yaymışdı.

Xəbər lenti
0