İyunun 18-də Azərbaycanda Milli Məclisə seçkilər olacaq

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Çingiz Əsədullayevin namizədliyinin ləğv olunduğu dairədə seçki təyin edib.

BAKI, 12 aprel-Sputnik. Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam verib.

Sputnik president.az-a istinadla xəbər verir ki, sərəncama əsasən 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş şikayətlərə əsasən 90 saylı Ağdaş Seçki Dairəsində seçkilərin nəticələrini ləğv etmişdi.

Sözügedən seçki dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev idi.

Xəbər lenti
0