İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin etdi

© Official website of President of Azerbaijan Republic REPORTAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev sərəncamla Samir Nuriyevi Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edib.

BAKI, 12 aprel-Sputnik. Prezident İlham Əliyev sərəncamla Samir Rafiq oğlu Nuriyevi Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edib.

Sputnik president.az-a istinadla xəbər verir ki, prezident növbəti sərəncamı ilə Samir Nuriyevi yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edib.

Samir Nuriyev 24 may 2013-cü ilə qədər "İçərişəhər" qoruğunun rəis müavini vəzifəsində çalışıb.

24 may 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilmişdi.

Aprelin 11-də İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman verib.

Xəbər lenti
0