Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel kosmonavtika günü kimi elan olunub. Bu günün keçirilməsinə səbəb 1961-ci il aprelin 12-də sovet vətəndaşı baş leytenant Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.
1968-ci ildə Beynəlxalq Aviasiya Federasiyası Kosmonavtika gününə beynəlxalq status verib.
Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya 32 ölkədən yüzlərlə kosmonavt uçub.
1961-ci ildə kosmonavt German Titov ilk dəfə kosmosda bir sutkadan artıq olub.
1963-cü ilin iyununda ilk dəfə olaraq qadın — Valentina Tereşkova kosmosa uçub.
Bütün bu və digər kosmik nailiyyətlər barədə Sputnik-in infoqrafikasında oxuya bilərsiniz.