Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağstafada yol qəzası baş verib, yaralananlar var

Abunə olmaq
"Ford" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

BAKI, 11 apr — Sputnik. Bu axşam Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ağstafa rayonun Qırlı kəndi ərazisində qeydə alınlb.

İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0