Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Ziyankar" qadın ələ keçdi

CC0 / 3839153 / hebsHəbs edilmiş qadın
Həbs edilmiş qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran şəxs saxlanılıb.

BAKI, 11 apr — Sputnik. Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Sputnik-ə verilən məlumata görə,  «Topstap LTD» MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Mətanət Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Xəbər lenti
0