Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İcra hakimiyyətinin keçmiş işçisini güllələdilər

© Flickr / Stephen VelascoМужчина с пистолетом в руках. Архивное фото
Мужчина с пистолетом в руках. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdə Rayon İcra Hakimiyyətinin eks işçisi Qasımov Hüseyn Əli oğlu Binəqədi rayonunda güllələnib.

BAKI, 11 apr — Sputnik. Bakının Binəqədi rayonunda güllələnmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.

Naməlum şəxs avtomat silahdan 43 yaşlı Qasımov Hüseyn Əli oğlunu güllələyib. Nəticədə Əli Qasımov güllə yaraları alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Atılan çoxsaylı güllələrdən bir neçəsi yol kənarında park edilmiş “Niva” markalı avtomobilə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gözətçi otağına dəyib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, güllələnən Qasımov Hüseyn Əli oğlu əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.

Xəbər lenti
0