CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar ASAN bu bölgələrə yola düşdü

© apa.azAsan xidmət
Asan xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır

BAKI, 11 apr — Sputnik. Səyyar ASAN xidmət 11 — 27 apreldə Şirvan şəhərində, 11 — 20 aprel tarixlərində isə Xəzər rayonunun Türkan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "Asan xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Центр ASAN Xidmət - Sputnik Azərbaycan
“ASAN xidmət”dən daha bir yenilik

Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xatırladaq ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0