BAKI, 11 apr — Sputnik. Tanınmış yazıçı-dramaturq Firuz Mustafanın "Müqəvva" pyesi İstanbul şəhərində "Oda" teatrında nümayiş olunacaq. Müəllifin Sputnik-ə verdiyi məlumata görə, "Müqəvva"nı Türkiyədə Kəmalə Kamalqızı (Nəbibəyova) səhnələşdirəcək.
"Tamaşanın rejissoru və baş rolun ifaçısı Kəmalə Kamalqızıdır. Tamaşanın böyük marağa səbəb olacağını düşünürük", — F. Mustafa bildirib.
Xatırladaq ki, "Oda" teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer və Beste Hoşses kimi tanınmış sənətkarlar çalışır.