ABŞ-dan dünyaya "əzələ nümayişi"

© regnum.ruCon Kerri
Con Kerri - Sputnik Azərbaycan
Abunə olmaq
Con Kerri amerikalıların atom bombası atdığı ərazini ziyarət etməkdən qürur duyduğunu açıqladı: "İnanıram ki, dünyada hamı bu xatirə kompleksinin gücünü görüb, hiss etməlidir"

BAKI, 11 apr — Sputnik. Birləşmiş Ştatlar tarixində ilk dəfə olaraq, bu ölkənin dövlət katibi Con Kerri Yaponiyanın Xirosima şəhərindəki Sülh Parkını ziyarət edib. Sputnik xəbər verir ki, Con Kerri özünün twitter səhifəsində ziyarətlə bağlı yazı da paylaşıb.

"İnanıram ki, dünyada hamı bu xatirə kompleksinin gücünü görüb, hiss etməlidir. Mən Sülh Parkını ziyarət etdiyim üçün qürur duyuram", —Kerri yazıb.

Qeyd edək ki, Yaponiyada "Böyük Yeddiliyin" (G-7) xarici işlər nazirlərinin görüşü keçirilir. Toplantı Sülh Parkının ziyarəti ilə başlayıb.

Yaponiyanın Xarici İşlər Nazirliyi diplomatların Sülh Parkını ziyarət etməsini nüvə sahəsində tərksilah istiqamətində atılan addım kimi dəyərləndirib.

Xatırladaq ki, Sülh parkı 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima şəhərinə ABŞ tərəfindən atom bombası atılması nəticəsində həlak olanların xatirəsinə salınıb.

Xəbər lenti
0