Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hava şəraiti yenə dəyişəcək

© vestifinanceSoyuq Hava kütlələri
Soyuq Hava kütlələri - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt və bəzi bölgələrdə yağış yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 11 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Hava - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxt və bölgələrdə sabaha olan hava proqnozu

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 14-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 12-də bəzi yerlərdə yağış yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Xəbər lenti
0