QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Onu öldürə bilmədilər

© Sputnik/ Xalid MəmmədovŞəhid Mahir Mirzəyevin son mənzilə yola salınması
Şəhid Mahir Mirzəyevin son mənzilə yola salınması - Sputnik Azərbaycan
Abunə olmaq
Biz bütün bunları gördük. Gördük və utandıq. İllərin yaddaşımızı silib aparacığını iddia edənlərin və bunu istəyənlərin yalanına aldandığımızı anladıq.

BAKI, 11 apr — Sputnik. Türkiyədə yaşayan bir dostumuz danışırdı ki, PKK-nın polisə saldırdığı bir zamanda, Ərzuruma xəbər çatır ki, terrorçuların bu gecəki hədəfi, məhz bu şəhərin polis idarəsidir. Bütün şəhər həmin gecədən səhərədək polis idarəsinin ətrafında keşik çəkib. Mülki vətəndaş öz canını təhlükəyə ataraq, polisini terrordan qoruyub…

Ankarada partlayış - Sputnik Azərbaycan
TƏHLİL
Bu da son: məbədə girdilər

Bunları duyduqca, bu millət ölməz deyirsən, ölməyəcək deyirsən. Ruhun sevincindən vücudunu dağıdıb çıxmaq istəyir. Fəxarətindən gözlərin yaşarır. Əyilib ayağını öpmək istəyirsən bu mərd insanların. Və onların qarşısında əyildikcə başın daha da ucalır.

Amma, bu qürur hisslərini yaşamaqla yanaşı, içimizin bir küncündə acı vardı, əzilmişlik duyğusu və cavabsız bir yığın sual vardı: Eyni millətin övladı olaraq, biz niyə onlar kimi ola bilmirik? Niyə onlar kimi sevə bilmirik? Bizi qorumağa mükəlləf olanlar öz borcunu və biz bizi qoruyanlar qarşısındakı minnətdarlığımızı niyə unuduruq? Əsgərim Vətən, mən Əsgərim deyəndə niyə ağzımda bambıq od tutub yanmır? Bütün bu "niyə"lər içimizi yeyib-bitirirdi ki…

Magistralda hərəkətdə olan bütün avtomobillərin dayanıb, döyüşə yollanan hərbi texnikanı siqnal səsləri ilə alqışladığını, insanların yollara tökülüb öz əsgərini hərbi salamla cəbhəyə yola saldığını və bütün bunlar qarşısında əsgərin gözündəki sevinc gözyaşlarını gördük.

Gördük ki, bir əsgər itkisindən fəryad edən analar, 10 şəhid xəbərini "Vətən sağ olsun" nidası ilə qarşıladılar. Atalar oğullarını və oğullar özlərini fəda etməkdən qorxmurlarmış. Bunu da gördük.

Bütün sıxıntılar unuduldu, sosial problemlər sonuncu plana keçdi, umu-küsülər aradan qalxdı. Kimi son qəpiyini, kimi canını, kimi qanını ortaya qoydu — Hər şey Vətən üçün, Əsgər üçün dedilər. Şəhərdə 1 manat üçün qonşusu ilə düşmən olanlar belə, könüllü şəkildə cəbhəyə yollandılar — Torpaq üçün, əsirlikdəki namusumuz üçün ölmək-öldürmək istədilər.

Xeyir-şər mərasimlərinin mövzusu, mətbuatın gündəmi, sosial şəbəkənin rəngi dəyişdi. Bu dalğa sosial mənsubiyyətindən, cinsindən, yaşından, dilindən, dini və siyasi kimliyindən asılı olmayaraq, bu torpağın çörəyini yeyən hər kəsi ağuşuna aldı.

Əsgər həm özümüzün, həm də özgənin beynindəki "məğlub ordu" sindromunu dağıtdı. Hərbini "yola vermədiyini", sadəcə əmr gözlədiyini, Vətən uğrunda şəhid olmaq üçün nə qədər yanıb-yaxıldığını isbat etdi.

Yasdakı qadınlar. Arxiv şəkli - Sputnik Azərbaycan
Məni ölməyə qoymayın...

Biz bütün bunları gördük. Gördük və utandıq. İllərin yaddaşımızı silib aparacığını iddia edənlərin və bunu istəyənlərin yalanına aldandığımızı anladıq. Bizi bu yalan dünyanın içərisindən, işğal olunmuş torpaqların üzünü belə, görməyən 18 yaşlı əsgər və öz pensiyasını cəbhəyə yollayan babamız çıxardı. Bu xalqın dərdinin "çörək və tamaşa" olmadığını tək biz deyil, bütün dünya gördü.

Və əmin olduq ki, özümüz haqqında yanlış düşünmüşük, özümüzü öz gözümüzdə və başqalarının gözündə çox kiçiltmişik. Demək ki, bizi əymək, sındırmaq, ruhumuzu öldürmək… o qədər də asan deyilmiş. Səni tanınamışıq, Vətən! Sənə haqsızlıq etmişik, ey böyük Millət! Bağışla bizi…

Xəbər lenti
0