Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ədəbiyyatımızda faciə janrının banisi

© AzadliqNəcəf bəy Vəzirov
Nəcəf bəy Vəzirov - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli dramaturq Nəcəf bəy Vəzirov XIX əsrin ortalarınada Şuşa şəhərində dünyaya göz açıb.

BAKI, 11 apr — Sputnik. Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 11-də Şuşada anadan olub. Bəzi mənbələrdə ədibin doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. 

Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu var. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, Azərbaycanda feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.

1926-cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və iyul ayının 13–də orada ürək çatışmamazlığından vəfat edib. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 13–də dəfn olunub.

Xəbər lenti
0