BAKI, 10 apr — Sputnik. İran Hindistana rupi ilə neft satışını dayandırır.
APA-nın verdiyi məlumata görə, bunu İranın neft naziri Bijan Namdar Zanqan Tehranda keçirilən İran-Hindistan biznes forumunda bildirib.
İran Hindistana nefti avro ilə satacaq.
Qeyd edək ki, İran və Hindistan neft satışı ilə bağlı yeni müqavilələr imzalayıb. Hazırda İran Hindistana sutkada 350 min barel neft ixrac edir. B. N. Zanqan deyib ki, İrana sanksiyaların ləğvi ilə əlaqədar Hindistana neft ixracı artacaq.