Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

46 bənövşə

Salam Qədirzadə
Salam Qədirzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Satirik "Kirpi" jurnalının keçmiş baş redaktoru, yazıçı Salam Qədirzadənin anadan olmasından 93 il ötür.

BAKI, 10 apr — Sputnik. Azərbaycan yazıçısı və jurnalisti Salam Qədirzadə 1923-cü il aprelin 10-da anadan olub.

Qədirzadə Böyük Vətən müharibəsi cəbhələrində olmuş, müharibədən sonra ali təhsil almış və ədəbi yaradıclığa başlayıb. "İlk hekayələr" (1951),"Gənclik" (1953), "Sarmaşıqlı aynəbənd" (1955) adlı ilk kitablarında yazıçı gənc nəslin yaradıcılıq əzmini, sevgi və məhəbbət duyğularını, arzu və istəklərini qələmə alıb. Azərbaycan Dövlət Universitetinun filologiya fakültəsinə daxil olub, üçüncü kursdan təhsilini Moskvada, M. Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

"Kirpi" jurnalının baş redaktoru olub. Yazdığı "Qış gecəsi", "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" roman, povest və hekayə kitabları gənclərin mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edir. S.Qədirzadənin Böyük Vətən müharibəsi cəbhələrində iştirakı sonralar "Burada insan yaşamışdır" (1963) povestinin yaranmasına səbəb olub. Real və canlı müşahidələrdən doğan bu povest kövrəkliyi və səmimiyyəti ilə müharibə mövzusunda yazılmış əsərlər içərisində seçilir.

Həmçinin satirik povest və hekayələrin, "Şirinbala bal yağır", "Hardasan ay subaylıq", "Həmişəxanım" kimi məşhur,səhnədən düşməyən komediyaların müəllifidir. "Bir qız bir oğlanındır", "Sevginin ünvanı ürəkdir", "Hər gün ömürdən gedir" kimi kitabları dövründə böyük tirajla çap edilib və bestsellerə çevrilib.

Salam Qədirzadə 15 noyabr 1987-ci ildə vəfat edib.

Xəbər lenti
0