Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qan azlığı olanların nəzərinə

© hipocrat.ruкровь
кровь - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər qan probleminizi heç cür çözə bilmirsizsə, bu qidalara diqqət yetirin.

BAKI, 9 aprel-Sputnik. Qan azlığı bir xəstəlik deyil, amma bir çox xəstəliklərin nişanəsi və yaradıcısıdır. Qan azlığı qanda dəmirin çatışmamasını özündə ehtiva edir. Dəmir azlığını isə gündəlik qidalarla aradan qaldırmaq mümkün deyil. Ona olan tələbatı yalnız təbiətdə mövcud olan bəzi bitkilərin hesabına ödəmək mümkündür. 

Qan azlığının aradan qaldırılmasına yardım edən bitkilərin tərkibi adətən dəmirlə zəngin olur.
Təbabət biliciləri sizə 4 bitkini gözardı etməməyi məsləhət görür.

1. Gicitkən. Bu bitki dəmirlə zəngindir. Əgər qidalarda olan dəmirin yaxşı cəzb olunmasını istəyirsinizsə, onu C vitamini ilə bir yerdə qəbul edin. Gicitkən isə elə bir bitkidir ki, onun tərkibində həm dəmir, həm də C vitamini var. Həm təzə gicitkəndən yeməklərdə istifadə edə bilərsiz, həm də quru şəkildə çay kimi dəmləyə bilərsiz.

Gicitkan
Gicitkan - Sputnik Azərbaycan
Gicitkan

2. Xurma. Xurma elə meyvələrdəndir ki, təkbaşına sizə gündəlik enerjini verə bilər. Xurmanın lifləri yağların azaldılmasına yardım edə bilir. Xurmanın tərkibində dəmir var ki, qan azlığına qarşı müsbət təsir göstərər.

Ümumiyyətlə xurmanın faydaları çoxdur. O, yuxunun rahat olmasına yardım edir, eşitmə və görmə qabilyyətini gücləndirər, mikrob və göbələk əleyhinə yaxşı vasitədir, immun sistemini gücləndirir. O, eyni zamanda ana südünü artırır, hamiləliyin rahat keçməsinə səbəb olur. Yeməyin həzmini yaxşılaşdırır, özü rahat həzm olunur, mədəni gücləndirir. Susuzluğu aradan qaldırar və sinədəki bəlğəmi təmizləyir.

© minfakt.wordpress.comXurma
Xurma - Sputnik Azərbaycan
Xurma

3. Püstə. Püstə də o bitkilərdəndir ki, qan azlığını aradan qaldıra bilir və dəmirlə zəngindir. Mütəxəssislər müəyyən ediblər ki, püstənin tərkibində olan yağ turşuları xolesterinin aşağı düşməsinə yardım edir və ona görə də ürək üçün faydalıdır. Alimlərin fikrincə, əgər insan hər gün 43 qr püstə yeyərsə, sözügedən təsirləri üzərində hiss edər.

© azadliq.orgPüstə
Püstə - Sputnik Azərbaycan
Püstə

4. Qara zirə. Zirənin ən çox faydalarını mədə və bağırsaq spazmaları zamanı görmək olar. Bu bitki mədəni təhrik edər ki, qidanı tez həzm etsin, həm də sidikqovucudur. Qara zirə həm də qan azlığına müsbət təsir göstərir. Bu bitkidən çörək məhsullarının ətirləndirilməsində istifadə edilər. Ondan pendirlərdə və şirniyyatda da istifadə olunur. Həmçinin sabunların ətirləndirilməsində də ondan istifadə edirlər.

© azadqadinQara zirə - çörəkotu
Qara zirə - çörəkotu - Sputnik Azərbaycan
Qara zirə - çörəkotu

Xəbər lenti
0