BAKI, 9 apr — Sputnik. Qazax rayon sakinlərinin Sputnik-ə verdikləri məlumata görə, "Sınıq körpü" sərhəd keçid məntəqəsində təxminən 15 nəfər Qarabağ əlilinin maşını saxlanıb. Səbəb kimi onlardan ölkəyə keçirmək istədikləri meyvəyə qarşılıq əlavə rüsum tələb edilməsi göstərilir.
Sakinlər onu da bildiriblər ki, günorta saatlarından saxlanan əlillər tələb olunan rüsumu ödəyə bilmədikləri üçün axşam saatlarında etiraza qalxıb. Bir nəfər Qarabağ əlili protezini yandırıb, bir nəfər isə kəsici alətlə öz sağlamlığına xətər yetirib. Hadisədən dərhal sonra adı çəkilən ünvana təcili yardım və polis maşınları gəlib.
Hazırda hadisə ilə bağlı Qazax rayon polis şöbəsində araşdırma gedir.