BAKI, 8 apr-Sputnik. 12-14 aprel 2016-ci il tarixində Londonda 60-dan çox ölkənin və 1000-dən çox təşkilatın iştirakı ilə növbəti beynəlxalq kitab sərgisi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin (MTN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sərgidə ölkəmizi MTN-in və yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.
Dünyanın mühüm paytaxtlarından biri olan London şəhərində keçirilən kitab sərgisində iştirak etməkdə əsas məqsəd zəngin milli mədəniyyətimizin, ölkəmizin turizm imkanlarının, Qarabağla bağlı həqiqətlərin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, təcrübə müabdiləsi və əməkdaşlığın yaradılmasıdır.
Azərbaycan MTN-in təşkilatçılığı ilə 2009-cu ildən mütəmadi olaraq London Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə təmsil olunur.