BAKI, 8 apr — Sputnik. Birləşmiş Ştatlar dövlət katibi Con Kerri bu gün İraqa gözlənilmədən səfər edib.
Sputnik xəbər verir ki, Kerri Bağdad rəhbərliyi ilə İŞİD-ə qarşı mübarizə yollarını müzakirə edəcək.
Səfər barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.
Kirbinin sözlərinə görə, Con Kerri İraqın baş naziri Haydar əl-Abadi, xarici işlər naziri İbrahim əl-Cəfəri və İraqın şimalındakı regional hökumətin rəhbəri Neçirvan Bərzani ilə görüşəcək.