BAKI, 8 apr — Sputnik. Avstraliyadan olan sənaye dizayneri Kristof Retezar havadan su istehsal edən "Fontus Airo" və "Fontus Ryde" butulkalarını satışa çıxarıb.
Sputnik gun.az-a istinadən xəbər verir ki, bu ixtira ilk növbədə səyahət sevərlər üçün nəzərdə tutulub.
Belə ki, "Airo" modeli piyada gəzintilər, "Ryde" modeli velosipedçilər üçün nəzərdə tutulub.
Cihaz aşağıdakı kimi çalışır: Hava qapaqda soyuyur, kondensasiya olunur, filtrdən keçir və butulkaya verilir.
"Fontus Airo" butulkası avtonom enerji mənbəyi olan günəş batareyası ilə mühafizə olunub. Xüsusi texnologiya sayəsində cihazın sahibi daimi olaraq təzə mineral su ilə təmin olunacaq.
Layihə "Indiegogo"da yerləşdirilib. Bu butulkaları 200 dollar və 160 dollara əldə etmək mümkündür.