Ermənistanın Berlindəki səfirliyi qarşısında izdiham yaşanıb

© Fexri Odel/facebook / Mediabanka keçidBerlində Ermənistan səfirliyi qarşısında etiraz aksiyası
Berlində Ermənistan səfirliyi qarşısında etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlılar və ermənilər Berlində etiraz aksiyası keçiriblər.

BAKI, 8 aprel-Sputnik. Son 3 gündə artıq 2-ci dəfədir ki, Berlində yaşayan azərbaycanlılar etiraz mitinqi keçiriblər. İki gün əvvəl Reystaqın qarşısında keçirilən izdihamlı mitinqdən sonra, bu gün Almaniyada yaşayan azərbaycanlılar Berlindəki Ermənistan səfirliyinin qaşısında toplanıblar. 

Mitinqin fəallarından biri, jurnalist Fəxri Hacıbəyin Sputnik-ə verdiyi məlumata görə, müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılar səfirlik qarşısına toplaşaraq rus, alman və Azərbaycan dilində son günlər Ermənistan-Azərbaycan təmas xəttində baş verənlərə etirazlarını bildiriblər.
Onlar bu hadisələrə görə, Ermənistanın məsuliyyət daşıdığını, status-kvonun saxlanması üçün sülh danışıqlarını sabotaj etdiyini bidiriblər.

Həmin gün Berlində yaşayan bir qrup erməni aktivisti də təmas xəttində baş verənlərlə bağlı məsuliyyəti Azerbaycan tərəfinin daşıdığını iddia edən tədbir keçiriblər.

Azərbaycanlıların mitinqində Laçından olan mühacir xanımın Ermənistanın hərbi cinayətləri ilə bağlı kəskin fikirlər işlətməsi asayişə nəzarət edən polislərin diqqətini çəkib və onlar yaxınlaşaraq iradlarını bildiriblər.

© Fexri Ode/facebook / Mediabanka keçidBerlində Ermənistan səfirliyi qarşısında aksiya
Berlində Ermənistan səfirliyi qarşısında aksiya - Sputnik Azərbaycan
Berlində Ermənistan səfirliyi qarşısında aksiya

Xəbər lenti
0