BAKI, 8 apr — Sputnik. Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Sputnik-ə verilən məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin yük yerində alətlər dəstinin altından, sağ və sol panellərin içindən üzərində aksiz markası olmayan gömrük nəzarətindən gizlədilmiş 3 adda 10 800 ədəd siqaret aşkar edilərək götürülüb.