Türkiyə ilə İsrail razılaşdı

© pco.org.br"Mavi Mərmərə" gəmisi
Mavi Mərmərə gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail ilə Türkiyə arasında münasibətlərin normallaşması üçün hazırlanan razılaşmada müəyyən irəliləyiş əldə olunub.

BAKI, 8 apr — Sputnik. İsrail ilə Türkiyə arasında münasibətlərin normallaşması üçün hazırlanan razılaşmada müəyyən irəliləyiş əldə olunub.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu haqda aprelin 8-də keçirilən görüşün nəticələri ilə bağlı yayılan açıqlamada vurğulanıb.

Məlumata görə, Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müşaviri Firidun Sinirlioğlunın başçılıq etdiyi nümayəndə heyəti ilə İsrail baş nazirinin xüsusi nümayəndəsi Cozef Siçanover və İsrail Milli Təhlükəsizlik Şurası başçısının müavini Yakov Nagelin rəhbərlik etdiyi heyət arasında Londonda görüş keçirilib.

Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin basqını nəticəsində 9 türk vətəndaşı həlak olmuşdu. Altı ilə yaxındır iki ölkə arasında əlaqələr dondurulub.

Xəbər lenti
0