BAKI, 8 aprel-Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Rusiya baş naziri Dmitri Medvedevlə təkbətək görüşü olub. Bundan sonra tərəflərin geniş tərkibdə görüşü başlayıb.
Sputnik xəbər verir ki, prezident İlham Əliyev Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin aradan qaldırılması istiqamətində fəal vasitəçi səylərinə görə bir daha təşəkkür edib.
Rusiyanın baş naziri D. Medvedev isə qeyd edib ki, təkbətək görüşdə regional məsələlərə də toxunulub: "Ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İqtsadi əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür. Keçən il ticarət dövriyyəsi müəyyən qədər azalıb. Bu, ölkələrin ixrac etdiyi məhsulların qiyməti ilə əlaqədar olub. Bir çox layihələri həyata keçirmək olar. Humanitar məsələləri də müzakirə edəcəyik".