Minsk qrupunun görüşü gedərkən Xankəndində pirotexnika partladıblar

© Sputnik / Karo Saakian / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan
Abunə olmaq
MN: Erməni KİV-lərində gedən onların silahlı qüvvələrinin Azərbaycan kəndi yaxınlığında hərbi texnika ilə yüklənmiş "Ural" yük maşınını ələ keçirdikləri barədə məlumat uydurmadır.

BAKI, 8 aprel-Sputnik. Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən yayılmış hərbi yüklə dolu nəqliyyat vasitəsinin "zərərsizləşdirilməsi" ilə bağlı xüsusi təyinatlıların xüsusi əməliyyat keçirmələri barədə informasiyalar Azərbaycan üçün heç bir hərbi əhəmiyyət daşımır və qətiyyən doğru deyil.

Bu barədə Sputnik-ə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı erməni KİV-lərində gedən onların silahlı qüvvələrinin Azərbaycan kəndi yaxınlığında hərbi texnika ilə yüklənmiş "Ural" yük maşınını ələ keçirdikləri barədə məlumatı şərh edərkən deyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan özünün facebook səhifəsində yazıb ki, "erməni xüsusi təyinatlıları Azərbaycanın Tap-Qaraqoyunlu kəndi yaxınlığında hərbi yüklə dolu "Ural" yük maşınını ələ keçiriblər."

Bununla bağlı Dərgahlı deyib: "Azərbaycan artıq çoxdan erməni tərəfinin cəbhədəki döyüş məğlubiyyətindən sonra divident əldə etmək cəhdlərinə təəccüblənmir"
AR Müdafiə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatların gedişində qarşı tərəfin müxtəlif hərbi texnikasını məhv edib. Və bu toqquşmalardan sonra, güman ki, erməni tərəfi fəal şəkildə "daha bir xəyali qələbə"ni öz aktivinə yazmaq qərarına gəlib.

Ötən gün RİA Novosti-nin yaydığı məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Xankəndində özünü "Dağlıq Qarabağ Respublikası" elan etmiş qondarma qurumun prezidenti ilə görüşdüyü zaman bir neçə güclü partlayış baş verib. Agentliyin məlumatına görə, eyni zamanda şəhərdə pulemyot səsləri və uçan güllələr müşahidə edilib.
Bununla bağlı Dərgahlı deyib ki, Azərbaycanın Xankəndinin mərkəzində baş verən partlayışlar və pulemyot səsləri ilə heç bir əlaqəsi yoxdur. "Bizdə olan məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü zamanı Xankəndində pirotexnika partladılıb"- deyə Dərgahlı bildirib.

Aprelin 1-dən 2-nə keçən gecə Ermənistanla Azərbaycan arasındakı təmas xəttində hərbi vəziyyət gərginləşib. Ermənistan silahlı qüvvələrinin atəşkəsi cəbhə boyu pozması nəticəsində mülki əhaliyə ziyan dəyib. Bundan sonra Azərbaycan cavab əməliyyatlarına başlayıb. Aprelin 5-də tərəflər hərbi əməliyyatları dayandırmaq barədə razılıq əldə ediblər.

Xəbər lenti
0