Tərəflər meyitlərin götürülməsi üçün atəşkəs barədə razılıq əldə ediblər

© mod.gov.azMüdafiə nazirliyi
Müdafiə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

BAKI, 8 aprel-Sputnik. Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0