CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prokuror Səfər Əbiyevin müavininə 10 il iş istədi

© pixabay / qimonoMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov hüquqlarının pozulması ilə bağlı vəsatət qaldırıb.

BAKI, 8 aprel-Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Sputnik xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prosesin gedişində Səlimovun vəkili məhkəmə tərkibinə etirazla bağlı vəsatət qaldırıb. O deyib ki, proses zamanı verilən vəsatətlərin heç biri təmin edilməyib, müttəhimin hüquqları pozulub. Mehman Səlimovun özü də bu vəsatəti müdafiə edib.

Prokuror isə vəsatətin rədd edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra vəsatətin baxılmamış saxlandığını, məhkəmə istintaqının tamamlandığını elan edib.

Prokuror çıxış edərək M. Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi aprelin 15-də davam etdiriləcək.

Sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə — külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib. M. Səlimov 1995-99-cu illər ərzində müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub.

Xəbər lenti
0