Almaniyanın Dağlıq Qarabağ planı

© Sputnik / Irina KalashnikovaAlmaniyanın federal kansleri Angela Merkel və Almaniya ordusu
Almaniyanın federal kansleri Angela Merkel və Almaniya ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib.

BAKI, 7 aprel-Sputnik. Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib.

Sputnik-in məlumatına görə, bu barədə Almaniya XİN-dəki diplomatik mənbə jurnalistlərə bildirib.

"Yeddi bənddən ibarət olan alman planı başlanğıc üçün Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında kəskin zorakı potensialı yumşaldacaq, həmçinin münaqişənin sülh yolu ilə həllinə yardım edəcək" — deyən diplomat əlavə edib ki, söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, sabitləşdirmə tədbirləri əsasında tənzimlənməsindən gedir.

Mənbə qeyd edib ki, XİN-in nöqteyi-nəzərinə görə, regiondakı hazırkı "status-kvo" uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski getdikcə artır.

"Almaniya xarici işlər naziri bu çətin situasiyada ATƏT-ə sədrliyindən irəli gələn əlahiyyətlərindən geniş şəkildə istifadə edəcək", — deyə diplomatik mənbə əlavə edib.

Qeyd edək ki, ötən gün Berlində səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Frank Valter Ştaynmayerlə görüşüb.

Görüşdən sonra keçirilən brifinqdə A. Merkel bildirib ki, Almaniya ATƏT-ə sədrlik edən dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və danışıqların bərpasına görə məsuliyyət daşıyır.

Ştaynmayer isə danışıqlar prosesinin bərpası və qoşunların təmas xəttində monitorinqin aparılmasının vacibliyini önə çəkib.

Xəbər lenti
0