BAKI, 7 apr — Sputnik. Azərbaycan aprelin 17-də Qətərdə baş tutacaq neft hasilatçılarının görüşündə iştirak edəcək.
Sputnik xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonra mətbuat konfransında deyib.
Elmar Məmmədyarov bildirib ki, ikitərəfli, üçtərəfli görüş çərçivəsində həmkarları ilə enerji məsələsini də müzakirə edib.