BAKI, 7 apr — Sputnik. "Biz İranla viza məsələsinin həllinə çox yaxınıq". Sputnik xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bugünkü qapalı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz artıq müəyyən işlər görmüşük. İran ilə Naxçıvan arasında gediş-gəliş üçün xüsusi viza rejimi var. Yəqin ki, Azərbaycan ilə İran arasında buna oxşar, bəlkə ondan da təkmil viza rejimi tətbiq ediləcək", —deyə nazir bildirib.