CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi QHT-lər "qara siyahı"dan çıxarılmadı

© Africa StudioHəbs qərarı
Həbs qərarı - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-hökumət təşkilatlarının bank hesabları üzərindən həbsin götürülməsi heç də bütün təşkilatlara şamil edilməyib. Ayrıca, vətəndaş cəmiyyəti təmsilçiləri deyirlər ki, üzərindən həbs götürülən vəsaitlərdən istifadə etmək artıq mümkün deyil.

Bəzi QHT-lər qara siyahıdan çıxarılmadı
BAKI, 7 apr — Sputnik. "QHT-lərlə əlaqədar cinayət işinin təhqiqatı başa çatıb, hesablar üzərindən həbs götürülüb". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
Baş Prokurorluq - Sputnik Azərbaycan
QHT-lərin bank hesabları üzərindəki həbs qərarı götürüləcək

"Hər hansı QHT-nin bu baxımdan problemi yoxdur. Müəyyən cinayət işinin istintaqının aparılması ilə əlaqədar bir sıra QHT-nin hesabları dondurulmuş, yaxud hesablarına həbs qoyulmuşdu. Artıq bu cinayət işi ilə bağlı tədqiqat başa çatıb, Baş Prokurorluğun verdiyi vəsatət əsasında hesabların üzərindən həbslər götürülüb, dondurulmuş hesablar da yoxdur", — deyə A.Quliyev bildirib.

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev isə Sputnik-ə bildirib ki, bu heç də bütün təşkilatlara aid deyil: "Bu, yalnız Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisyasına üzv olan təşkilatlara aiddir. Amma, həmin koalisyanın üzvü olmayan təşkilatların bank hesabından həbsin götürülməsi ilə bağlı məlumat yoxdur. O cümlədən də rəhbəri olduğum təşkilat, o koalisiyanın üzvü olmadığı üçün, hələlik bank hesabında həbs qalır".

"Görünən odur ki, müəyyən təşkilatlara qarşı bu addım atılıb. Bunun gələcəkdə digər QHT-lərə şamil edilib-edilməyəcəyini isə zaman göstərəcək. Düzdür, belə məlumat səslənir ki, bütün QHT-lərə aid edilib, ancaq bu, bütün QHT-lər deyil. Yalnız müəyyən məhdud sayda QHT-lərə münasibətdə atılmış addımdır", —deyib S. Əliyev.

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlının fikirncə, bu, siyasi qərardırsa, bütün təşkilatlara şamil olunmalıdır. O, QHT-lərin də fəaliyyətində səhvlərin olduğunu istisna etmir: "Ölkədə hələ də QHT-lərlə bağlı gedən prosseslər davam edir. Buna son qoyulması üçün siyasi qərarlar bütün QHT-lərə tətbiq olunmalıdır. Bəzən də elə olur ki, doğrudan da QHT səhv buraxır. Mən demirəm ki, biz hamımız tamamilə şəffafıq, səhvimiz yoxdur. Bu fikir təbii ki, bir az gülməli çıxar. Hansımızı yoxlasan, bu və ya digər sahədə səhv buraxa bilərik. "Qrant haqqında qanuna əlavə və dəyişikliklər" dondurulmasa, vətəndaş cəmiyyətinin fəaliyyəti bərpa oluna bilməyəcək".

Mirvari Qəhrəmanlı iddia edir ki, hələlik hökümət vətəndaş cəmiyyətinin güclənməsində bir o qədər də maraqlı deyil: "Vətəndaş cəmiyyəti güclü olarsa, ölkədə korrupsiyadan, monopoliyadan söhbət gedə bilməz".

Azay Quliyev - deputat, Azərbaycan Respublaikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan QHT-ləri Prezidentə müraciət etdi

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə düşünür ki, bu sahədə müəyyən səliqə-səhman yaranmasına ehtiyac var idi: "Bankdan kənar QHT-nin fəaliyyəti qeyri-mümkündür. Mənə belə gəlir ki, artıq bu ikillik müddət araşdırmaların aparılması üçün kifayət elədi. Artıq hüquq mühafizə orqanları bildilər ki, kim nə işlə məşğuldur. Kimlərin ki, fəaliyyəti qeyri-şəffafdır, kimlər ki o rəsmi bəyannamələrdən əlavə maliyyə alıblar, yaxud da maliyyəni düzgün olmayan isitqamətə yönəldiblər — bunların araşdırılması üçün kifayət qədər vaxt oldu".

"Kimlərin günahı varsa, onlar haqqında hüquqi ölçü götürülə bilər. Kimlərsə günahsızdırsa, yalnız sənədləşmədə texniki səhvlərə yol verilibsə, onlara da tövsiyyələr verilməlidir ki, yenə əvvəlki fəaliyyətlərini davam eləsinlər. QHT-lərin fəaliyyəti Azərbaycanın imici üçün lazım olan məsələdir", —deyə M. Ələsgərli vurğulayıb.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə bildirib ki, bundan sonra nəinki xarici donordan qrant almaq, hətta üzərindən həbs götürülən vəsaitdən istifadə etmək belə, problemdir: "Çünki həmin vəsait donorun ayırdığı qrantlardır. Azərbaycanın mövcud qanunvericiliyinə görə isə, həmin o vəsaitlərdən istifadə etmək üçün gərək qrant müqavilələrinin qeydiyyatı olsun. O baxımdan hesabların açılması heç də həmin vəsaitlərdən istifadə etmək anlamına gəlməməlidir".

O ki, qaldı xarici donorlarla əməkdaşlığın əvvəlki qaydada davam etdirilməsinə: "Bunun üçün gərək onlar Azərbaycanda qeydiyyatdan keçsinlər və bundan sonra fəaliyyətə başlasınlar. İndiyə qədər də Azərbaycanda heç bir beynəlxalq təşkilat və yaxud da onların nümayəndəliyi xarici donor kimi qeydiyyatdan keçməyib".

Qeyd edək ki, Baş Prokurorluq 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə cinayət işi açıldığını bildirmişdi. Cinayət işi həmin təşkilatların fəaliyyətlərində qanun pozuntularının aşkar edilməsi ilə izah olunurdu.

Xəbər lenti
0