BAKI, 7 apr — Sputnik. Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb. Sputnik-in əməkdaşı xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edir.
Görüşdə regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olacaq. Görüşdən sonra jurnalistlər üçün mətbuat konfransı keçiriləcək.