Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məşhur ticarət mərkəzinə "bomba qoyan" şəxs ələ keçdi

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub

BAKI, 6 apr — Sputnik. Paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılıb. Bu barədə Sputnik Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına istinadən xəbər verir.

Baş Prokurorluq - Sputnik Azərbaycan
HADİSƏ
Bir neçə sayt rəhbəri prokurorluğa çağırılıb

Belə ki, aprelin 4-də saat 18:19-da naməlum şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən taksofondan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq Faiq adlı tanışının Nəsimi rayonunda fəaliyyət göstərən "28 Mall" ticarət mərkəzinin "Bazarstore" mağazasına bomba qoyması barədə yalan məlumat verməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0