CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı bu bazarın yaşı min illərə dayanır

Abunə olmaq
Əvvəllər ölkənin müxtəlif bölgələrində mövcud olan həftəlik bazar, hazırda sadəcə Əliabadda qorunub saxlanılır. Bazarda yerli əhali və qonşu rayonlardan gələn insanlar özlərinin istehsal etdiyi məhsulları burada satırlar.

Gördüyünüz bu fotolar Zaqatala rayonunun Əliabad kəndində yerləşən həftəlik bazarda lentə alınıb. Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən həftəlik bazarların tarixi çox qədimdir.

Tarixçi Məcid Mehrani Sputnik-in bölgə müxbiri ilə söhbətində bildirib ki, həftəlik bazarlar hələ ta qədimdən Azərbaycanda qədim dövlətlərin yarandığı dövrdən mövcud olub. Onun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində təşkil olunmuş bu bazarlar, adından göründüyü kimi, həftədə bir dəfə təşkil olunurdu.

"Hazırda isə təkcə Əliabad kəndində bu bazar qorunub saxlanılır. Bazarda yerli əhali və qonşu rayonlardan gələn insanlar özlərinin istehsal etdiyi məhsulları burada satırlar. Burada hər şey tapmaq olar, yeyinti məhsullardan tutmuş qədim əşyalaradək", —deyə tarixçi bildirib.

M. Mehrani əlavə edib ki, zaman keçdikcə, ələlxüsus Sovet dönəmindən sonra bazar məfhumu öz ifadə formasını dəyişib: "Lakin bu gün özünün köhnə nümunəsini qoruyub saxlayan Əliabad bazarı min illərin xatirəsini özündə yaşatmaqdadır. Və biz həmin bazara baxmaqla min il əvvəl bazarların necə olduğunu təsəvvür edə bilərik".

© Sputnik / Shahperi AbbasovaZaqatala rayonunun Əliabad kəndindəki həftəlik bazar.
Zaqatala rayonunun Əliabad kəndindəki həftəlik bazar - Sputnik Azərbaycan
1/15
Zaqatala rayonunun Əliabad kəndindəki həftəlik bazar.
© Sputnik / Shahperi AbbasovaBazarda alıcı həmişə axtarışdadı – qiymət ucuz olsun, keyfiyyət yülksək.
Bazarda alıcı həmişə axtarışdadı – qiymət ucuz olsun, keyfiyyət yülksək - Sputnik Azərbaycan
2/15
Bazarda alıcı həmişə axtarışdadı – qiymət ucuz olsun, keyfiyyət yülksək.
© Sputnik / Shahperi AbbasovaƏgər uzun müddət gəzib acsaz, elə bazardaca qarnınızı doyura bilərsiz.
Əgər uzun müddət gəzib acsaz, elə bazardaca qarnınızı doyura bilərsiz - Sputnik Azərbaycan
3/15
Əgər uzun müddət gəzib acsaz, elə bazardaca qarnınızı doyura bilərsiz.
© Sputnik / Shahperi AbbasovaƏdviyyatların, bitki toxumlarının satıldığı piştaxtalar hər bazarın ən xoş ətirli yeridir.
Ədviyyatların, bitki toxumlarının satıldığı piştaxtalar hər bazarın ən xoş ətirli yeridir - Sputnik Azərbaycan
4/15
Ədviyyatların, bitki toxumlarının satıldığı piştaxtalar hər bazarın ən xoş ətirli yeridir.
© Sputnik / Shahperi AbbasovaƏdviyyat satıcıları.
Ədviyyat satıcıları - Sputnik Azərbaycan
5/15
Ədviyyat satıcıları.
© Sputnik / Shahperi AbbasovaEv şəraitində hazırlanan süd məhsullarının dadı və faydası tam başqadır.
Ev şəraitində hazırlanan süd məhsullarının dadı və faydası tam başqadır - Sputnik Azərbaycan
6/15
Ev şəraitində hazırlanan süd məhsullarının dadı və faydası tam başqadır.
© Sputnik / Shahperi AbbasovaHind toyuqları.
Hind toyuqları - Sputnik Azərbaycan
7/15
Hind toyuqları.
© Sputnik / Shahperi AbbasovaEv quşları arasında ən çox alınıb-satılan toyuq-cücələrdir.
Ev quşları arasında ən çox alınıb-satılan toyuq-cücələrdir - Sputnik Azərbaycan
8/15
Ev quşları arasında ən çox alınıb-satılan toyuq-cücələrdir.
© Sputnik / Shahperi AbbasovaDovşan.
Dovşan - Sputnik Azərbaycan
9/15
Dovşan.
© Sputnik / Shahperi AbbasovaQədim məişət əşyaları və qab-qacaqlar .
Qədim məişət əşyaları və qab-qacaqlar - Sputnik Azərbaycan
10/15
Qədim məişət əşyaları və qab-qacaqlar .
© Sputnik / Shahperi Abbasovaİkiqulplu həvəngdəstə.
İkiqulplu həvəngdəstə - Sputnik Azərbaycan
11/15
İkiqulplu həvəngdəstə.
© Sputnik / Shahperi AbbasovaMükəmməl bəzəklərlə işlənmiş müxtəlif saxsı qablar.
Mükəmməl bəzəklərlə işlənmiş müxtəlif saxsı qablar - Sputnik Azərbaycan
12/15
Mükəmməl bəzəklərlə işlənmiş müxtəlif saxsı qablar.
© Sputnik / Shahperi AbbasovaKöhnə qənddoğrayan.
Köhnə qənddoğrayan - Sputnik Azərbaycan
13/15
Köhnə qənddoğrayan.
© Sputnik / Shahperi AbbasovaKömürlə qızdırılan ütü.
Kömürlə qızdırılan ütü - Sputnik Azərbaycan
14/15
Kömürlə qızdırılan ütü.
© Sputnik / Shahperi AbbasovaMis və alüminium qab-qacaq.
Mis və alüminium qab-qacaq - Sputnik Azərbaycan
15/15
Mis və alüminium qab-qacaq.
Xəbər lenti
0