Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kredit faizlərinin aşağı salınmasını gözləyənlər, ümidlənməyin!

© acredo.rukredit
kredit - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Kimə və necə gəldi, kreditləri paylayıblar, indi də yığa bilmirlər və itkilərini yüksək faizlə örtmək istəyirlər"

BAKI, 6 apr — Sputnik. "Aşağı faizlə əhaliyə kreditlərin verilməsi üçün bank sistemini sağlamlaşdırmaq lazımdır. Çünki, bankların problemləri çoxdur".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Bunu Sputnik-ə açıqlamasında bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Problemli kreditlərin çox olduğunu deyən ekspertin sözlərinə görə, kimə və necə gəldi, kreditləri paylayıblar, indi də yığa bilmirlər və itkilərini yüksək faizlə örtmək istəyirlər.

"Banklar əmanətçilərdən aşağı faizlə pulu cəlb edirdi. Bir hissəsini bank sahibləri öz şirkətlərinə aşağı faizlə kredit kimi verirdi və yaxud o kreditlər heç qayıtmırdı. Amma digərlərinə isə yüksək faizlə verirdilər ki, həmin xərclərini bağlasınlar. İndi də o proses davam edir", —deyə maliyyəçi bildirib.

Onun dediyinə görə, bank sistemimiz qeyri-sağlamdır və nəzarət aşağı səviyyədədir: "İndi hətta deyərdim ki, bank nəzarəti yoxdur. Çünki, Mərkəzi Bankdan bank nəzarəti səlahiyyəti alınıb. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. O da hələ tam fəaliyyətə başlamayıb. Orada hələ təyinatlar gedir".

Ə. Həsənov qeyd edib ki, yüksək faiz olmasının digər səbəbi — ölkə qanunvericiliyinin ümumiyyətlə, faiz məsələlərini tənzimləmədiyi ilə bağlıdır: "Məsəl üçün, Avropa dövlətlərinin çoxunda ən azı istehlak kreditləri üzrə müəyyən faiz məhdudiyyətləri var. Bizdə yoxdur. Ona görə də banklar nə istəyirlər edirlər. Bankların aşağı faizlə kreditlər verməsi ehtimalı yoxdur".

Xəbər lenti
0