Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Manata inamı qaytarmaq üçün növbəti addım atıldı

© Sputnik / Murad OrujovManat
Manat - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, bankların xarici valyutada istehlak kreditlərinin verilməsini dayandırması gələcəkdə xarici valyuta ilə əmanətlərin qəbulunun dayandırması ilə nəticələnə bilər

Manata inamı qaytarmaq üçün növbəti addım
BAKI, 5 apr — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası qərara alıb ki, banklar xarici valyutada əhaliyə istehlak kreditlərinin verilməsini aprelin 5-dən 1 ay müddətinə dayandırsın. Palata bu qərarı "xarici valyutada istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsi" ilə izah edir.

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Samir Əliyev, iqtisadçı-ekspert

Bəzi ekspertlər bir müddət öncə bank sektorunda yaranan problemlərdən çıxış yolu kimi kreditlərin xarici valyuta ilə verilməsinə məhdudiyyətlər tədbiq edilməsini təklif etmişdilər. İqtisadçı ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında bildirib ki, bu addım gələcəkdə yaranacaq problemlərin qarşısını almaq üçün atılır.

"Mən daha öncədən də bildirmişdim ki, Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsi məhdudlaşdırılmalıdır. Bu məhdudlaşdırılmadan biri o olmalıdır ki, aylıq qazancı milli valyuta ilə olan müştəriyə xarici valyuta ilə kredit verilməsi qadağan edilsin. Manatla maaş alana kredit də manatla verilməlidir", —deyib iqtisadçı.

Onun sözlərinə görə, əslində palatanın atdığı addım da buna bənzəyir: "Sadəcə fərq odur ki, palatanın qərarı ilə xarici valyuta ilə gəliri olan insan da manatla kredit almalı olacaq. Amma bu, yeganə addım olmamalıdır. Yəni paralel olaraq digər addımlar da atılmalıdır. Ən əsası belə bir addım atılması ona gətirib çıxaracaq ki, banklar xarici valyutadakı əmanətlərin faiz dərəcələrini kəskin aşağı salacaq. Hətta ola bilsin, xarici valyutada əmanət qəbulu dayandırılsın".

"Çünki, bu gün onsuz da bankların valyuta mövqeyində çox böyük bir kəsir var. Dollar ehtiyatları milli valyutaya olan öhdəlikləri üstələyir. Ona görə də bu addımın atılması gələcəkdə bankların xarici valyuta ilə əmanətlərin faizlərinin aşağı salınmasına, hətta ola bilsin ki, qəbulu müvəqqəti olaraq dayandırılmasına gətirib çıxara bilər", —deyə ekspert əlavə edib.

S. Əliyevin fikrincə, kreditlərin manatla verilməsinin yaxş cəhəti odur ki, vətəndaşlar gedib manatla kredit götürə biləcəklər: "Halbuki banklar artıq bir ilə yaxındır ki, dollarla kredit verir. Vətəndaşlar isə dollarla kredit götürməkdə maraqlı deyillər".

İqtisadçı ekspert Nicat Hacızadə sözlərinə görə isə, xarici valyuta ilə verilən kreditlərin dayandırılmasının əsas iqtisadi effektləri problemli kreditlərin azalmasında özünü göstərəcək: "Manatın zəifləməsi və dolların möhkəmlənməsi nəticəsində əhalinin bir çox hissəsində problemli kreditlərin sayı artmışdı. 2014-2015-ci illərdə problemli kreditlərin sayının artmasının səbəblərindən biri də əhalinin dollarla götürdüyü kreditləri qaytara bilməsi idi. Belə olan şəraitdə artıq üç ay keçəndən sonra bunlar özünü problemli kreditlər şəklində büruzə verir".

"Bankların kredit portfelinə fikir versək, problemli kreditlərin əksər hissəsi dollarla götürülən kreditlərin payına düşür. Xarici valyuta ilə verilən kreditlərin dayandırılmasının qarşıdakı dövrlərdə problemli kreditlərin bir qədər azalmasına gətirib çıxara bilər", —deyə N. Hacızadə vurğulayıb.

Ekspertin fikrincə, dolların bazardan yığışdırılıb manatın bazara buraxılması manata olan inamın yenidən qaytarılmasını şərtləndirən əsas amillərdən biri kimi sayılmalıdır.

Xəbər lenti
0