QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Füzulidə heç kəs yerindən tərpənməyib"

© day.azBahar Muradova
Bahar Muradova - Sputnik Azərbaycan
Abunə olmaq
Bahar Muradova: "Beynəlxalq təşkilatlar Azərbaycan xalqının iradəsini əks etdirən çağırışlara qoşulmalı, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizi tərk etməsini tələb etməlidir"

BAKI, 5 apr — Sputnik. "Həyatını ədalətin bərpası yolunda ləyaqətlə qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Əminəm ki, onların başladıqları haqq işi davam edəcək, tökülən qan yerdə qalmayacaq".

"Azərbaycanın qoyduğu şərtlər yerinə yetirilməsə..."

Sputnik xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradova parlamentin bugünkü plenar iclasında cəbhədə son vəziyyətin müzakirəsi zamanı deyib. Füzuli rayonundan qayıtdığını deyən B. Muradova şəhidlərin dəfn mərasimlərində iştirak etdiyini bildirib.

"Təmas xəttində yaşayan mülki əhali yaxşı əhval-ruhiyyədədir. Mülki əhali özünü səngərdə hiss edir. Heç kəs yerindən tərpənməyib, öz işindədir. Onların istəkləri ondan ibarətdir ki, Ermənistan ordusu o ərazilərdən çıxarılsın", —deyib vitse-spiker.

B. Muradova hesab edir ki, beynəlxalq təşkilatlar Azərbaycan xalqının iradəsini əks etdirən çağırışlara qoşulmalı, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizi tərk etməsini tələb etməlidirlər: "Bu, mülki əhalinin bizdən istəyidir".

Xəbər lenti
0