BAKI, 4 apr — Sputnik. Paytaxtın Nəsimi rayonu ərazisində, “28 Mall” ticarət mərkəzində baş vermiş bomba olayı sona çatıb.
Bu barədə Sputnik APA-ya istinadən məlumat verir.
Ticarət mərkəzində partlayıcı olması barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, istehkamçılar, polis əməkdaşları, təcili yardım briqadaları cəlb edilib.
Ticarət mərkəzinin partlayıcının olduğu bildirilən hissəsinə giriş məhdudlaşdırılıb, istehkamçılar axtarışlara başlayıblar.
Axtarış işləri 1 saata yaxın davam edib. APA TV-nin əldə etdiyi məlumata görə, ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təsdiqlənməyib.