Ermənistan MN-nin mətbuat katibinin yalanı faş edildi

© Photo : APAVaqif Dərgahlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik
Vaqif Dərgahlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik - Sputnik Azərbaycan
Abunə olmaq
Vaqif Dərgahlı: O şəkillər Donbasda çəkilib, onların Azərbaycan xüsusi təyinatlılarına heç bir aidiyyatı yoxdur.

BAKI, 4 aprel-Sputnik. Ovannisyanın Feysbukda azərbaycanlılara aid etdiyi fotolar əslində Donbas vilayətində döyüşmüş xüsusi təyinatlıların fotoşəkilləridir.

Sputnik-n məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Telegraf-a deyib.

"Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın guya Azərbaycan xüsusi təyinatlı dəstəsinin kütləvi məhv edilməsi haqda sosial şəbəkədə yaydığı xəbərlər və fotolar yalan məlumatdan başqa bir şey deyil. Bu şəkillərin Azərbaycan xüsusi təyinatlı dəstəsinə də heç bir aidiyyatı yoxdur. Həmin fotoşəkillər iki-üç il bundan əvvəl Ukraynanın döyüş zonasından yayımlanmışdı. İndi Ovannisyan yenidən həmin şəkilləri azərbaycanlıların adına çıxarır, öz hərbi uğurları kimi təqdim edirlər".

Erməni mediası Artsrun Ovannisyana istinad edərək sözügedən fotoşəkilləri KİV-lərdə Ermənistan Ordusunun uğuru kimi qiymətləndirib.

Xəbər lenti
0