BAKI, 4 apr — Sputnik. "Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların güclənməsi genişmiqyaslı müharibəyə səbəb ola bilər".
Sputnik xəbər verir ki, bunu ATƏT ölkələrinin səfirləri ilə görüş Ermənistan prezidenti Serj Sərkisyan deyib.
Sarkisyan bildirib ki, hərbi əməliyyatların genişlənməsi təkcə Cənubi Qafqaza yox, Avropa regionunda sabitlik və təhlükəsizlik məsələlərinə də təsir edəcək.
O, Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edib. O, İrəvanın məntiqli kompromislərə hazır olduğunu vurğulayıb. Eyni zamanda, əlavə edib ki, hərbi əməliyyatlar genişlənərsə, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər.