QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumu açıqladı

© Photo : APAVaqif Dərgahlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik
Vaqif Dərgahlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik - Sputnik Azərbaycan
Abunə olmaq
Vaqif Dərgahlı: "Erməni ordusunun irəliləməsi və Azərbaycan ordusu tərəfindən tutulmuş ərazilərin azad edlməsi barədə Ovannisyanın verdiyi məlumat həqiqətə uyğun deyil"

BAKI, 4 apr — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın erməni ordusunun irəliləməsi və "Azərbaycan ordusu tərəfindən tutulmuş ərazilərin azad edilməsi" barədə verdiyi məlumat həqiqətə uyğun deyil. Bunu Sputnik-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

İşğal altındakı Xocavənd rayonu. Arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
"Cəbhədə döyüşlərin yenidən başlanması Ermənistan tərəfinin təxribatıdır"

Sutka ərzində Ermənistanın Müdafiə Nazirliyi iki dəfə Təttər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklərin alınması barədə təsdiqlənməmiş bəyanat yayıb. AR MN-in nümayəndəsi qeyd edib ki, bu, sadəcə Ermənistan tərəfinin arzusudur.

"Ovannisyan İrəvanda öz kabinetində oturub və cəbhə xəttində baş verənlər barədə hər hansı dəqiq fikir deyə bilməz. Mən ona məsləhət görürəm ki, şəxsən cəbhə bölgəsinə getsin və öz yalanlarına haqq qazandırsın", — deyə hazırda cəbhə bölgəsində olan Dərgahlı bildirib.

Bununla belə, AR Müdafiə Nazirliyinin mətbuat xidməti aprelin 3-də cəbhə bölgəsindəki vəziyyətlə bağlı yaydığı press-relizdə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığıni bildirib: "Erməni tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir".

"Ermənistan Silahlı Qüvvələri itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətində mövqelərinə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur. Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub", —deyə MN mətbuat xidmətinin məlumatında bildirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verib və səbr diləyib.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Qarabağda son döyüşlər - itkilər - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Qarabağda son döyüşlər: tərəflərin itkiləri

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

Xəbər lenti
0