QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda son döyüşlər: tərəflərin itkiləri

Abunə olmaq

Erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv şəkildə atəşə tutması nəticəsində aprelin2-də gecə saatlarında və 2-dən 3-nə keçən gecə Ağdərə-Tərtər və Füzuli-Xocavənd istiqamətlərində gərginlik müşahidə edilib. Bu barədə Sputnik Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Azərbaycan ordusunun sürətli əks-hücumu nəticəsində düşmənin illərlə möhkəmlədilmiş müdafiə xətti təmas xəttinin bir neçə istiqamətində yarılıb.

Naftalan şəhəri və Goranboy rayonuna təhlükə törədən Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Seysulan yaşayış məntəqəsi azad edilib. Füzuli rayonu istiqamətindəki Lələtəpə yüksəkliyi də azad olunub.

 

Döyüşlər nəticəsində 12 nəfər Azərbaycan əsgəri həlak olub, yaralılar var. Həmçinin döyüşlərin gedişində düşmənin 6 tankı, 15 artilleriya qurğusu və bir neçə möhkəmləndirilmiş mühəndis istehkamı məhv edilib. Düşmənin 100-dən artıq əsgəri ölü və yaralı şəklində sıradan çıxarılıb.

Xəbər lenti
0