BAKI, 3 aprel-Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 2-nə keçən gecə Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahl qüvvələri tərəfindən atəşə məruz qalıb. Nəticədə mülki əhali arasında ölən və yaralananlar var.
Azərbaycan Silahlı qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunub.
Müdafiə Nazirliyinin mətbuata açıqladığı rəsmi məlumata görə, gün ərzində gedən döyüşlərdə 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb, ordumuz 12 şəhid verib.
Sputnik-in bölgə müxbirini bildirir ki, bu gün gedən döyüşlərdə Qazax rayon Aslanbəyli kənd sakini 1995-ci il təvəllüdlü Əliyev Orxan Məhəmməd oğlu da şəhid olub. Onun sabah Qazaxda doğulduğu kənddə torpağa tapşırılacağı bildirilib.
Qeyd edək ki, Orxan Əliyev jurnalist, "Azadlıq" qəzetinin köşə yazarı Elnur Astanbəylinin qohumudur.