BAKI, 2 aprel-Sputnik. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri atəşi dayandırmalı və vəziyyəti sabitləşdirməlidir.
Sputnik APA-ya istinadla xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O, Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasından dərin narahatlığını ifadə edib.