BAKI, 2 aprel-Sputnik. Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunda təmsil olunan digər tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb.
Sputnik xəbər verir ki, bu məlumatı RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovaya istinadla verib.
Zaxarova qeyd edib ki, Rusiya vəziyyəti izləyir: "Moskva münaqişə tərəflərini təmkinli olmağa və zorakılıqdan dərhal imtina etməyə çağırır".
Gələn həftə Vyanada ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun növbəti iclası olacaq. Burada münaqişə zonasında situasiyanın gərginləşməsi müzakirə ediləcək.