BAKI, 2 aprel-Sputnik. Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı təmas xəttində hərbi əməliyyatların başlanması barədə xəbərlərdən dərin narahatlıq keçirir.
Sputnik-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya prezidenti münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağırıb.